AVMVİB sədrindən Daxili Qoşunlar Günü münasibətilə təbrik

Daxili Qoşunların hərbi qulluqçuları və veteranları!

Sizi 12 Mart – Daxili Qoşunlar Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının Daxili Qoşunları dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, sabitliyin və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynayır. Bu şərəfli xidmət illər boyu yüksək peşəkarlıq, vətənpərvərlik və dövlətə sədaqət nümunəsi ilə yadda qalıb.

Daxili Qoşunların şəxsi heyəti müxtəlif dövrlərdə ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda həyata keçirilən əməliyyatlarda böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Xüsusilə Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək şanlı qələbəmizin qazanılmasına öz töhfələrini vermişlər. Bu gün bizim təşkilatın sıralarında Daxili Qoşunların bir çox veteranları da yer almaqdadır. Eyni zamanda, bu əlamətdar gün münasibətilə xidmət zamanı şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə səbir diləyirəm. Qazilərimizə möhkəm cansağlığı arzulayıram. Daxili Qoşunların şəxsi heyəti bundan sonra da Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edəcək, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində şərəfli missiyasını uğurla davam etdirəcəkdir.

Bir daha hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, xidmətinizdə uğurlar və Vətənimiz naminə yeni nailiyyətlər arzulayıram.

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Bu xəbəri paylaşın: