Cəhənnəmdə şam yandırmazlar…

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə paylaşım edərək 2 günlük qarantinlə bağlı öz fikirlərini bölüşüb:

«Bu gün Marketlərdə 2 günə görə insanlar o qədər bazarlıq edirdilər ki, adam baxıb dəhşətə gəlirdi. Deməli, marketlərdə çörək piştaxtaları boşalıb, çörək yoxdur, hərə 5- 10 çörək alıb aparır ki, birdən acından ölərlər.

Ay millət, 2 günlük qarantinə dözə bilmirsiniz, amma yerli-yersiz qaçqınlara lağ edirsiniz. Qaçqınlar müharibənin hər üzünü görüb, illərlə fövqaladə vəziyyətdə, güllə altında bir qarın ac, bir qarın tox yaşayıblar.

Nə oldu? 2 günlük qarantin sizi belə qorxutdu?


Bu gün gördüklərimdən belə qənaətə gəldim ki, biz xalq olaraq, Fövqəladə vəziyyətə hazır deyilik. Sabah müharibə başlasa bu gün mağazaları boşaldan xalq bir-birini didəcək.»

Bu gün Marketlərdə 2 günə görə insanlar o qədər bazarlıq edirdilər ki adam baxıb dəhşətə gəlir. Deməli Marketlərdə çörək piştaxtaları boşalıb çörək yoxdur hərə 5- 10 çörək alıb aparıb ki birdən acından ölərlər. Ay millət 2 gün karantinə dözə bilmirsiniz qaçqınlara lağ edirsiniz. Qaçqınlar mühatibənin hər üzünü görüb, illərlə fövqaladə vəziyyətdə, güllə altında bir qarın ac, bir qarın tox yaşayıblar. Noldu? 2 gün karantin sizi belə qorxutdu? Bu gün gördüklərimdən belə qənaətə gəldim ki, biz xalq olaraq Fövqəladə vəziyyətə hazır deyilik. Sabah müharibə başlasa bu gün mağazaları boşaldan xalq bir birini yeyəcək.

Posted by Azad Musayev on 5 İyun 2020, Cümə

P.S. 2013-cü ildə şaiyə yaymışdılar ki, dünyanın sonudu. Azad bəy, onu xatırladım. Bir dünyadakı bütün pisliklərdən dadmış birinin çoxlu şam alıb apardığını gördüm. Soruşdum ki, bu şamları neynirsən?

Dedi ki, eşitməmisən, bəs dünyanın sonudu. Dedim ki, zalım oğlu, sən onsuz da cəhənnəmə düşəcəksən. Orada da mollaların dediyinə görə, ocaq gecə-gündüz yanır. Şamdansa bir «oqnetuşitel» alsan yaxşı olardı…

Cəhənnəmdə şam yandırmazlar…

Bu xəbəri paylaşın: