AVMVİB Nəsimi rayon şöbəsində deputatlığa namizədlə görüş keçirilmişdir

Bu gün deputatlığa namizəd Ələsgər Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsində görüş keçirmişdir.
Görüş çərçivəsində Ələsgər Vəliyev iştirakçılarına öz platforması haqqında ətraflı məlumat vermiş, veteranları maraqlandıran sualları cavablandırmışdır. Daha sonra, seçki təşviqatı çərçivəsində Ələsgər Vəliyev seçki platforması ilə əlaqəli videoçarx nümayiş edilmişdir.
Videotəqdimatın nümayişindən sonra Çıxış edən Qaçay Aslanov, Azad Cəbrayılov, Afaq Sadıqova, Musa Əliyev deputatlığa namizəd, müharibə veteranı Ələsgər Vəliyevi dəstəklədiklərini diqqətə çatdırmışlar.
Daha sonra veteranlar arasından Qaçay Aslanov və Azad Cəbrayılov yekdilliklə Ələsgər Vəliyevin müşahidəçisi seçilmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-08-21-at-10-14-59-1 Whats-App-Image-2024-08-21-at-10-15-00

Bu xəbəri paylaşın: