Şəhidlərin xatirəsinə həsr olunmuş yarışın qalibi müəyyən olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Neftçala Rayon Şəhidlərinin xatirəsinə həsr edilmiş “Salam olsun Şəhidlərə” adlı voleybol idman yarışı keçirmək məqsədi ilə 22 İyul 2024-cü ildə S.Vurğun adına Banka 2 saylı məktəbin voleybol meydançasında acılışı olmuşdur.
Bu gün 21.08.2024 – cü il tarixində isə oyunun FİNAl görüşü kecirilib..


Tədbirdə Neftçala rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbə müdiri Həsənov İlqar Mikayil oğlu Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun müdürü Araz Əhmədov, Neftçala Rayon Polis Şöbəsin əməkdaşları, Neftcala RMX tip işçiləri, İlahyatçı Mirseymur Əliyev, Şəhid ailələri, Qazilər və Bankə qəsəbəsinin sakinləri işdirak edirdilər.


Tədbiri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək açıq elan edildi. və Dövlət himni səsləndirildi.
Tədbirdə ilk söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu Hüseynova verildi. O çıxışında bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən içtimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir. Hazırda AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla təşkilatın sıralarında 90 mindən çox üzvü var. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparıcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisələr barəsində Fədai. az, Veteran. az adlı internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında yayımlayır. Bu yarışda oynayan 10 komando hamısı bizim üçün QALİB komandadır, çünki bu oyun şəhidlərimizin adına qurulmuş bir turnirdir» deyə o nitqini tamamlamışdır.
İlk oyun III və IV yerlər uğrunda gedən yarışla başladı. Yarış Surra “Şəhid Vasif Mehbaliyev” komandası ilə Neftçala “Zəfər” komandası arasında kecirildi. 3 — 2 hesabı ilə Surra “Şəhid Vasif Mehbaliyev” komandası turnirin III yerini qazandı. Son FİNAL oyunu isə Xıllı və Bankə komandaları arasında baş tutub.
Final 3 – 1 hesabı ilə Xıllı komandası qalib gəlib. QALİB komandaları medal və diplomlarla təbrik edən Şəhid ailələri və qonaqlar, yarış iştirakçılarının hər birinə gələcəkdə uğurlar arzuladılar. Sonda xatirə şəkilləri cəkilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Whats-App-Image-2024-08-21-at-22-19-25-1 Whats-App-Image-2024-08-21-at-22-19-25-2

Whats-App-Image-2024-08-21-at-22-19-26 Whats-App-Image-2024-08-21-at-22-19-26-1

Whats-App-Image-2024-08-21-at-22-19-27 Whats-App-Image-2024-08-21-at-22-19-27-1

Whats-App-Image-2024-08-21-at-22-19-28 Whats-App-Image-2024-08-21-at-22-19-28-1

Whats-App-Image-2024-08-21-at-22-19-28-2
Bu xəbəri paylaşın: