Şəhid Elşad İsmayılovun adını daşıyan bulağın açılışı olmuşdur

Şəki şəhərində Birinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhid Elşad İsmayılovun əziz xatirəsi üçün bərpa edilən bulağın açılış mərasimi olmuşdur.

30 ildən çox yaşı olan bulağın bərpası ilə bağlı qazi və müharibə veteranlarının təşəbbüsü rayon rəhbərliyi tərəfindən dəstəklənərək və iş adamlarının səyi nəticəsində ərsyəyə gətirələrək dəstəklənərək həyata keçirilmişdir.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəki şəhər şöbəsinin sədri və üzvləri, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti və ağsaqqallar iştirak etmişlər.

Şəki şəhərinin ictimai və mədəni həyatında belə təqdirəlayiq tədbirlərin davamlı olmasını arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-08-22-at-11-23-52 Whats-App-Image-2024-08-22-at-11-24-21

Bu xəbəri paylaşın: