AVMVİB Yasamal rayon şöbəsində tədbir

AVMVİB Yasamal rayon şöbəsi Antiterror əməliyyatı ilə əlaqədar şəhidlərimizi ziyarət etmişdir.

Ali Baş Komandanımızın əmri ilə ürəyi vətənlə döyünən vətəndaşlarımız, silahlı qüvvələrimizin sayəsində, Şəhidlərimizin canı, Qazilərimizin qanı bahasına nahayət ,tam suverliyimizi qazandıq . Bunun üçün, əziz Vətənimizin oğulları, bir ömür sizlərə minnətdarıq .

2023 — cü il 19 — 20 sentiyabr da , sözün həqiqi mənasında düşməni və dünyanı şoka salan , bizi bir edən bir tarix yaratdınız . Azərbaycan ordusu cəmi 23 saat 41 dəqiqə ərzində Qarabağda təcavüzkar erməni silahlı qruplaşmalarının son qalıqlarını da darbadağın etdi .
Bu da onu göstərdi ki , antiterror tətbirləri həm hərbi , həm cəmiyyətin mənəvi zənginliyinin , həm də Xalq — Hakimiyyət birliyinin təstiqidir . Ordumuz cəmi 23 saat 41 dəqiqə ərzində XXI əsirdə nəticəverici və sürətli hərbi əməliyyatları necə aparmağın yeni numunəsini yaratdı .
Bu tarixi gunlər xalqımız tərəfindən hec vaxt unudulmayacaq . Qürur günün mübarək, Azərbaycan Xalqı ,günün mübarək silahdaşlarım və dostlar!

AVMVİB Mətbuat xidməti

AVMVİB Yasamal şöbəsinin üzvü YAŞAR KƏRİMOV

Foto: Yavər Məmmədov

Bu xəbəri paylaşın: