Şəhid Həsənov Şamil Şiraslan oğlunun Anım Günü qeyd olundu

Bu gün — 22.09.2024-cü il tarixində Şəhid Həsənov Şamil Şiraslan oğlunun Anım Günü keçirilmişdir. Anım Günündə Beyləqan rayon İcha Hakimiyyətinin səlahiyyətli nümayəndələri — Heybət Əliyev, Məhəmməd Qələndərov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov, o cümlədən şəhidin ailə üzvləri, dostları və döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak etmiş, şəhidimizin ruhuna dualar oxumuşlar.

Şəhid Həsənov Şamil Şiraslan oğlu 1988-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2023-cü ildə erməni terrorçularına qarşı həyata keçirilən antoterror əməliyyatı zamanı Həsənov Şamil Şiraslan oğlu şəhidlik zirvəsinə yüksəlmişdir.

Qeyd edək ki, Şamil Həsənovun bir qardaşı — Həsənov Famil Şiraslan oğlu da 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur.

Allah rəhmət etsin!

AVMVİB Mətbuat xidməti
Elçin Qədirov

Whats-App-Image-2024-09-22-at-13-05-24-1

Whats-App-Image-2024-09-22-at-13-05-24-2

Whats-App-Image-2024-09-22-at-13-05-25

Whats-App-Image-2024-09-22-at-13-05-25-1

Bu xəbəri paylaşın: