Bu gün 27 sentyabr — Anım Günü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakı ətrafı rayon şöbələrinin sədrlərii və üzvəri silsilə tədbirlərdə iştirak etmişlər.
AVMVİB kollektivinin də iştirakı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə başsağlığı verilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağını yenidən ucaldan, suverenliyimizi bərpa edən, şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün olduğu kimi həmişə hər kəsin onlarla fəxr edəcəyini, qürur duyacağını bildirmişdir.
Allah şəhiidlərimizə rəhmət etsin!
AVMVİB Mətbuat xidməti