Beyləqan rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə 12:00-da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və Əlövsət Məmmədov Şəhid xiyabanını ziyarət etmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən oğullarının məzarları önünə gül-çiçək düşmüş, xatirələrini ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.
Allah rəhmət etsin!
AVMVİB Mətbuat xdiməti
Elçin Qədirov