Sentyabrın 27-si Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin — www.veteran.az syatının və «Veteran TV » internet televiziyasının baş redaktoru Nurlan Məmmədovun pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq müdafiəsi keçirilmişdir.
İclas ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
İclasda Azərbaycan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB-in Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və digər qonaqlar iştirak etmişdir.
Azərbaycan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev çıxışında bu elm məbədinin pedaqoji irsin zənginləşdirilməsindəki xidmətlərini yüksək qiymətləndirmiş, özünün də Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunu olduğunu qürurla xatırlamış, gənclər alimlərin yetişdirilməsi istiqamətində dövlət qayğısından danışmış və təşkilatın Mətbuat xidmətində çalışan Nurlan Məmmədova gələcək elmi fəaliyyətində uğurlar arzulamışdır.
Nurlan Məmmədovun pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq müdafiəsi uğurla yekunlaşmış və iddiaçının müvafiq elmi dərəcə almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbədrliyi Nurlan Məmmədovu təbrik edir, ona yeni-yeni elmi nailiyyətlər arzu edir.
AVMVİB Mətbuat xidməti
Türkay Xaqan