Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni sədr seçilib.
Fedai.az xəbər veriri ki, ölkənin tanınmış ziyalılarından, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, peşəkar hərbçi, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev polkovnik Cəlil Xəlilovu bu vəzifəyə ən layiqli namizəd hesab etdiyini, onun rəhbərliyi dövründə təşkilatın daha məhsuldar fəaliyyət göstərəcəyinə əminliyini vurğulamışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi polkovnik Cəlil Xəlilovu bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.
AVMVİB Mətbuat xidməti