Vətən Muharibəsi şəhidi Hüseynzadə Həmidağa Bagi oğlunun şəhadətə ucalmasının dördüncü ildönümü qeyd olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı, YAP Yasamal rayon təşkilatının sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri və üzvləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmiləri və şəhidin yaxınları iştirak etmişlər.
Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunaraq önünə gül çələngi qoyulmuş, ruhuna dualar oxunmuş, adına ehsan süfrəsi açılmışdır.
Allah rəhmət etsin!
AVMVİB Mətbuat xidməti
Foto: Yavər Məmmədov