Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 1 oktyabr — Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümü münasibəti ilə Prokurorluq işçilərini təbrik etmişdi.
F.Rzaquliyev bildirmişdir ki, Azərbaycan Respublikasında məhz 1 oktyabr — Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Vətən müharibəsi dövründə prokurorluq işçilərindən çox şəhid verdiyini xatırladan F.Rzaquiliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sıralarında çoxsaylı prokurorluq işçiləri müharibə veteranlarının olduğunu vurğulamış və həmin veteranları əlamətdar gün münasibətilə təbrik etmişdir.
AVMVİB sədri qeyd etmişdir ki, prokurorluq işçilərinə peşə bayramı kimi əlamətdar bir günü bəxş edən şəxsiyyət də məhz Heydər Əliyev olmuş, ulu öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə «1 Oktyabr — prokurorluq işçilərinin peşə bayramı günü» kimi təsis edilməklə, prokurorluğun cəmiyyətdəki rolu və yerinə dövlət səviyyəsində münasibət bildirilmiş, tarixi keçmişimizə və milli dəyərlərimizə qayğılı münasibət ifadə olunmuşdur.
Təbrikdə həmçinin 44 günlük Vətən müharibəsində Prokurorluğun əməkdaşlarının vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərdiyini, Vətən müharibəsində qazanılan zəfərdə Prokrorluğun işçilərinin igidliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edilərək respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan Prokrorluq işçilərinin müstəsna xidmətlərinin olduğunu vurğulanmışdır və qeyd etmişdir ki, bu gün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsinin yazıldığı, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənildiyi bir dövrdə prokurorluq orqanları qanunların aliliyi naminə icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır. Tarixi qələbənin qazanılması bütün digər peşə sahibləri kimi prokurorluq işçilərinin də məsuliyyətini artırmış, yeni həyat gələn ərazilərimizdə Azərbaycan qanunları daxilində prosesləri təmin edir.
AVMVİB Mətbuat xidməti