Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) baş idarəsində AVMVİB-in üzvü, müharibə və əmək veteranı Sadıqova İradə Remm qızının 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.
Görüşdə AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurrahmanov, Nəzarət-Təftiş Komisiyyasının sədri Niyazi Quliyev, AVMVİB İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşov və AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev iştirak etmişdir.
Görüş çərçivəsində 65 illik yubileyi münasibəti ilə müharibə və əmək veteranı Sadıqova İradə Remm qızına təşkilat adından Fəxri Fərman və gül dəstəsi təqdim edilmişdir.
Yubilyar öz növbəsində göstərdikləri bu diqqət və qayğıya görə AVMVİB rəhbərliyinə minnətdarlığını ifadə edərək təşəkkürünü bildirmişdir.
AVMVİB Mətbuat xidməti