Bu gün Şəhid Niyaməddin Əmiraslan oğlu Məhərrəmovun Anım Günü keçirilmişdir. Qeyd edək ki, Beyləqan rayon Eyvazallar kəndində anadan olmuş Şəhid Niyaməddin Əmiraslan oğlu Məhərrəmov 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin anım günündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər və Beyləqan rayon şöbələrinin sədrləri və üzvləri, o cümlədən AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov, eləcə də rayon icra hakimiyyətinin nümayəndələri, məktəblilər, rayon ağsaqqalları və şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak etmişlər.
Allah rəhmət etsin!
AVMVİB Mətbuat xidməti
Elçin Qədirov