AVMVİB Mingəçevir şöbəsində növbəti tədbir

Mingəçevir Turizm Kollecində güzəştli sosial təbəqəyə aid ailələrin övladlarına göstərilən diqqət və qayğı, eləcə də ödənişli təhsil alan tələbələrin təhsil haqlarından azad olunması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şöbəsində geniş müzakirə edilmişdir.

Bu müzakirələrin nəticəsi olaraq, kollecin rəhbərliyinə təşkilat adından Fəxri Fərman təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Fəxri Fərmanın təqdimetmə mərasimində AVMVİB Mingəçevir şöbəsinin sədri Mübariz Rüstəmov, şöbənin müavinləri Şahin Abbasov və Vasif İsmayılov, habelə təşkilatın hüquqşünası Qənimət Hüseynov iştirak etmişlər.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-11-17-at-18-17-06

Whats-App-Image-2024-11-17-at-18-17-07

Whats-App-Image-2024-11-17-at-18-17-08

Whats-App-Image-2024-11-17-at-18-17-08-1

Bu xəbəri paylaşın: