Şəhid Xudaverdiyev Səməd İmran oğlunun Anım günü keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan Muxtar Respublikası təşkilatı, təşkilatın sədri Rövşən İsmayılxanlının rəhbərliyi ilə Babək rayonunun Çalxanqala kəndində qəhrəman şəhidimiz Xudaverdiyev Səməd İmran oğlunun xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Allah rəhmət eləsin!

Tədbirdə iştirak edənlər şəhidin ailəsi ilə görüşərək onların qayğıları ilə maraqlanmış, vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsinin daim əziz tutulacağı vurğulanmışdır. Tədbir, vətənpərvərlik ruhunun aşılanması və gələcək nəsillərə şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədi ilə xüsusi əhəmiyyət kəsb etmişdir.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: