Şəhid Abasov Elvin Səxavət oğlu 44 günlük Vətən Müharibəsi dövründə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə, noyabrın 9-da yaralanmış və komada qalmışdı. Çox təəssüflər olsun ki, həkimlər onun həyatını xilas edə bilməmiş və Abasov Elvin Səxavət oğlu noyabr ayının 22-də şəhadətə qovuşmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin üzvü İlkin Rzaquliyev və bir qrup qazi və müharibə veteranı, həmçinin şəhidin ailə üzvləri ilə birlikdə Şamaxı şəhər Şəhidlər Xiyababında yerləşən Elvin Abasovun məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, ruhuna dualar oxumuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin!
AVMVİB Mətbuat xidməti