Hər zaman öz şəhidlərini qürurla yad edən AVMVİB Yasamal rayon şöbəsinin üzvləri, Sumqayıt şəhərinin 75 illik yubiley tədbirləri çərçivəsində, bu gün, Vətənin azadlığı üçün canından, qanından keçərək, bizə suverenliymizi bəxş edən Şəhidlərimizi Sumqayıt şəhər Şəhidlər xiyabanında ziyarət etmişlər.
Şöbənin sədri Salman Hüseyinov başda olmaqla, Şəhid ataları və təşkilat üzvləri əvvəlcə Şəhidlər xiyabaninda ucaldılmış abidəni ziyarət etdilər və önünə gül çələngi qoyaraq Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin əziz ruhlarına dualar oxundu. Xiyabanda 1990-1994 il, 2016-cı il aprel döyüşləri, 2020-cı il Vətən müharibəsi və lokal xarakterli anti terror əməliyyatları zamani şəhid olmuş Vətən ogularının məzarları ziyarət olundu.
Daha sonra Şəhidlər xiyananında yerləşən Xocalı faciəsi qurbanlarına qurulmuş abidə ziyarət edildi. Ziyarət zamanıbkiçik çıxışlar oldu. Salman Hüseynov və Şəhid atasi Bağı dayı öz çıxışlarinda bir daha qeyd etdilər ki, Vətən sevgisi, torpag sevgisi bayraq sevgisi üçün şirin canından keçən qəhrəmanları daima yad etmək, və gələcək nəsillərə Vətən sevgisini aşılamaq bizim müqəddəs borcumuzdur, və bu işi bir Vətəndaş olataq, daima davam etdirəcəyik.
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandı!
AVMVİB Mətbuat xidməti
Yavər Məmmədov