Ermənistanda məmur özbaşınalığından bezib Naxçıvana qaçan Narek

Ermənistan vətəndaşi Narek Sardaryan könüllü olaraq Ermənistandan Naxçıvana keçib.

Narek Sardaryan Suren oğlu 18 oktyabr 1990- cı ildə Sunik rayonunun Aşağixuncerek kənd sakinidir. 2014 — cü ildə ailə qurub, 2 övladı var . Heyvandarlıq və əkinçiliklə məşğul olurmuş.

Narek Sardaryan deyib: «Sərhəddi əvvəllər də keçmək istəmişəm, amma buna imkan olmayıb. Bu gün Naxçıvanla sərhəddə heyvan otararkən yavaş-yavaş sərhəddə yaxinlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb havaya qaldırdım. Onlar məni saxladilar, mənə qarşi çox yaxşi münasibət göstərdilər.

Sərhəddi keçməkdə əsas məqsədim Ermənistanda olan özbaşınalıqlar, məmur qudurğanliğıdır.

Mən bir neçə dəfə dövlət orqanlarına müraciət edib onlardan kömək istəmişəm, amma onlar mənə heç bir cavab vermədilər. Bizə qarşı çox haqsizliqlar olunur. Kənd icra hakimi bizdən hər heyvan başina 20 dram pul tələb edir.» (Naxcıvan TV)

Xəbəri oxuyunca bilmədim şükür eləyim, yoxsa fikir eləyim. Erməniyə yazığım gəldi. Zalım oğlu, bizim məmurlar kəndlinin torpağını, fəhlənin dəzgahını, yazarın qələmini əlindən alıblar. 20 dram nə zibildi, bir şeyin ki, kursu 1 AMD=0.0021 USD ola, yəni 1 AMD = 0,0741 manata hansı məmur yaxın durar? İt oğlu, it, qoy sənin də, lap olsun 20 baş qoyunun. 1 manat 40 qəpiyin söhbətini edirsən, özün də Naxçıvana qaçırsan? Buna nə ad vermək ola? Ayıb olsun.

Vallahi, biz də Haykanuşun bicləri var ki, alt paltarı 5 rəqəmli ədədlərlə hesablanır. Hələ qalanlarını demirəm. Onları da biyabır elədin, bizi də çıxılmaza saldın. Xalqa it hürəndə, bizə də çaqqal ulayır.

İndi biz bu Nareklə nə edəcəyik? Çarıqlıq dərisi yox, qiyməti də 1 manat 40 qəpik. Evin yıxılsın Paşinyan, gəl sənə burada bir «JEK» müdürlüyü verək, əsgərlikdən gələn oğluna get gün ağla. Bu 7 qəpiklə, nə qələt edəcəksən?Bizim bank müdüri var ki, 11 milyard dolları pul saymır, şirkət prezidenti var ki, oğlunun başına qapaz vurub aldıqları saatı 2 milyon dollardı, xarici işlər nazirimizin «şəxsi işi» 4 milyon dollardır, tifağı dağılmışın oğlu İmişlinin başçısının cib xərci 2 milyondan çox olub. Sən bu 7 qəpiklik şikayətlə kimi aldadırsan?

İnanmırsan, bacı uşaqlarından, xalanın qızlarından tap soruş. Mən bunu Paşinyanın bizə qarşı növbəti təxribatı və dezinformasiyası sayıram. Boynuna ip ölçüm, ay xalqın 7 qəpiyinə tamah salan, Nikol. Hanı bəs «məxmirək» inqilabı eləmişdin? Qəpik-quruş alanda, bilmirdin ki, Narek Naxçıvana qaçacaq. Gəlin hamınız gəlin. O Eynulla haradadır, gedib qarşılasın…

Görəsən, Narek bizdə ermənilərin vəziyyətlərinin yaxşı olmasını haradan bilir? Naxçıvanlılar İğdıra, Bakıya, Şəkiyə qaçır, sən də Naxçıvana. Vallah burada ağlım kəsməyən bir bir zad var. Amma bu zadın nə olduğunu anışdıra bilədim…

Elnur Səlim

Bu xəbəri paylaşın: