10 yanvar 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsi bir daha yad edilmişdir. Belə ki, həmin tarixdə AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həmidli və təşkilatın üzvləri İsmayıllı rayonunun Talıstan kəndində şəhidlərimizin məzarlarını ziyarət etmiş, həmçinin torpağa yeni tapşırılan qazimizin dəfn mərasimində iştirak etmişlər.
Tədbir şəhidlərin ruhlarına duaların oxunması, onların xatirəsinin bir daha anılması ilə başlamışdır. Tədbirdə kənd ictimaiyyəti, şəhid ailələri, habelə Talıstan kənd icra nümayəndəsi, onun müavini və kənd məktəbinin direktoru da iştirak etmişilər. Onlar şəhidlərin və qazilərin dövlətimizə, xalqımıza böyük qurbanlar verdiyini vurğulamışılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin!
AVMVİB-in Mətbuat xidməti