AVMVİB Zəngilan rayon şöbəsinin üzvü, müharibə veteranı, Zəngilan rayonu Məmmədbəyli kənd sakini Nəbiyev Nəriman Şirvan oğlu, Məmmədbəyli kəndi ərazisində yerləşən Şəhidlər plakatının ətrafında abadlıq işləri həyata keçirərək nümunəvi bir təşəbbüsə imza atmışdır. O, plakatın ətrafına həmişəyaşıl küknar ağacları əkib, ayda iki dəfə həmin əraziyə gedərək ağaclara qulluq edir, ətrafın təmizliyini təmin edir.
Nəriman Nəbiyevin şəhidlərə göstərdiyi bu diqqət və ehtiram AVMVİB Zəngilan rayon şöbəsi tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı AVMVİB sədri Füzuli Rzaquliyevə təqdimat verilmiş və Nəbiyev Nərimanın təltif olunması xahiş olunmuşdur. Təqdimat əsasında AVMVİB İdarə Heyətinin qərarı ilə, Nəbiyev Nəriman Şirvan oğlu Fəxri Fərmanla təltif edilmişdir. Təltifetmə mərasimində AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB Zəngilan rayon sədri Azad Musayev və sədr müavini Zakif Abbasov iştirak etmişlər.
Vətənpərvər Nəbiyev Nərimanın gördüyü işlər tədbir iştirakçıları tərəfindən alqışlanıb və ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Biz də Nəriman bəyi təbrik edir, göstərdiyi fədakarlığa görə təşəkkür edirik. Ona gələcək işlərində uğurlar arzulayırıq!
AVMVİB Mətbuat xidməti