AVMVİB Tərtər rayon şöbəsində tədbir keçirildi

9.02.2025 ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsində tədbir keçirilib. Tədbirdə, bir qrup veteranlar iştirak edib və təltif olunub. Müharibə veteranı Əzizov Zakir Əziz oğlu Birinci Qarabağ Müharibəsində, Ağdərə istiqamətində gedən döyüşlərdə 30 Dekabr 1993-cü ildə çoxsaylı qəlpə yarası almış, Bakı şəhərində hərbi hospitala yerləşdirilmiş və orada müalicəsini davam etdirmişdir, səhhəti ilə əlaqədar olaraq ordu sıralarından təxris olunmuşdur.

Hal-hazırda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak edir bu münasibətlə AVMVİB TƏRTƏR şöbəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.Təltif digər şəxs Abbasov Şirazi Tapdıq oğlu 44 Günlük Vətən Müharibəsi və Lokal antiterror əməliyyatlarda ordumuza və AVMVİB TƏRTƏR şöbəsinə mənəvi dəstək göstərdiyinə görə Fəxri Fərman ilə təltif olunub.

AVMVİB Mətbuat xidməti
Elçin Qədirov

Whats-App-Image-2025-02-19-at-13-01-35

Whats-App-Image-2025-02-19-at-13-01-35-1

Whats-App-Image-2025-02-19-at-13-01-36-1

Bu xəbəri paylaşın: