Vətənə olan sonsuz məhəbbət döğulduğumuz məkandan başlayır. İçimizdəki bu hiss həm də bizi Vətəni göz bəbəyi kimi qorumağa səsləyir. Bu gün təhsil ocaqlarında Qarabağ uğrunda döyüşən cəsur, igid oğulları gənc nəslə tanıtmaq mənəvi borcumuzdur. Fevralin 27-də məktəbimizin tarix müəllimi Təranə Cəbiyevanın təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərovunğ qardaşı, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Şuşa rayon şöbəsinin sədri- istefada olan polis kapitanı Hafiz Qəmbərov və təsərrüfat işləri üzrə direktor müavini, Vətən müharibəsi qazisi, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan və Vətən müharibəsində qələbə münasibətilə təsis edilən ali hərbi orden olan “Qarabağ” ordenli Ceyhun Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fəridə Məmmədova iştirak etdi.
İlk öncə Azərbaycan Dövlət Himni oxundu. Azəbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov Azərbaycanın Milli Qəhrəmanının keçdiyi ömür yolunu şagirdlərə xatırlatdı. Vətənin ağır günündə Şuşanı mənfur ermənilərdən qorumaq üçün Ramiz Qənbərovun böyük fədakarlıq göstərərək Şuşa özünümüdafiə batalyonunun yaradılmasının hərb tariximizin bir səhifəsi olduğunu söylədi. 1992-ci il aprelin 29-da Kosalar və Kərkicahan kəndləri yaxınlığında Ramiz Qəmbərovun taboru xain erməniləri məhv edir. Bu döyüşdə yaralanan Ramiz Qənbərovu həyata qaytarmaq mümkün olmur. Şəhadətə ucalan Ramiz Qənbərov 1992-ci il mayın 1-də Şuşa şəhərində böyük izdihamla dəfn edilir. 1992-ci il iyunun 7-də Ramiz Qəmbərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
Tarix müəllimi Təranə Cəbiyeva çıxışında cəsur döyüşçü Ramiz Qəmbərovla bərabər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovun, Əliyar Əliyevin, Vəzir Orucovun Xocalı faciəsindən sonra düşməni böyük sayda məhv etdiklərini, kəndlərimizin erməni işğalından azad olunmasında onların qəhrəmanlıqlar göstərdiklərini qeyd etdi. Sonra şagirdlər monitorda tarix müəlliminin hazırladığı “Şuşa əməliyyatı” video-çarxı izlədilər.
Məlumdur ki, Vətən müharibəsində Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçərək, şəhərə ancaq qayalıqlara dırmaşaraq qalxmağı bacardı. Həmin igid və cəsur oğullardan biri Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli Ceyhun Məmmədov olub. O, şagirdlərə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. Ceyhun Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun sıralarında Şuşa döyüşlərində iştirak etdiyi üçün qürur hissi keçirdiyini söylədi.
Məktəbimizin direktoru Arzu Məmmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsi və Vətən oğullarının qəhrəmanlığı haqqında şagirdlərə məlumat verdi.
Tədbirin yekununda şagirdlərin verdiyi sualları Ramiz Qəmbərovun qardaşı istefada olan polis kapitanı Hafiz Qəmbərov cavablandırdı.
Daha sonra Arzu Məmmədova Milli Qəhrəmanın qardaşı Hafiz Qənbərova, “Qarabağ” ordenli Ceyhun Məmmədova və tədbirin təşkilatçısı tarix müəllimi Təranə Cəbiyevaya təşəkkür etdi. Arzu Məmmədova Hafiz Qəmbərova və Ceyhun Məmmədova T.Cəbiyevanın “Sonuncu səngər” kitabını, “Vətənin keşiyində” audio diskini təqdim etdi.
Sonda tədbir iştitrakçıları xatirə şəkli çəkdirdi Suraxanı rayon 226 nömrəli tam orta məktəbin tarix müəllimi, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Təranə Cəbiyeva








