AVMVİB Səbail rayon şöbəsi Xocalı soyqırımının ildönümünə həsr olunan turnirin qaliblərini mükafatlandırıb

25 fevral 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsi və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında güllə atıcılığı üzrə turnir keçirilmişdir. 26 fevral Xocalı soyqırımının ildönümünə həsr olunan bu turnir gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda hərbi bacarıqların inkişaf etdirilməsi və tariximizə hörmət hissinin daha da gücləndirilməsi məqsədini daşıyırdı.

Yarışın sonunda AVMVİB-nin Səbail rayon şöbəsinin inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi təşkil olunmuşdur. Mərasimdə çıxış edən AVMVİB-nin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə və Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon sektorunun müdiri Zamin Əhmədov gənclər arasında hərbi-vətənpərvərlik ruhunun aşılanmasının, onların ölkənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazır olmasının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, bu kimi tədbirlər gənc nəslin milli ruhda böyüməsinə, tariximizə bağlılıq hisslərinin güclənməsinə və hərbi hazırlıq vərdişlərinin təkmilləşməsinə mühüm töhfə verir.

Tədbirdə çıxış edən natiqlər vurğulamışlar ki, Azərbaycan gəncləri Vətən müharibəsi günlərində göstərdikləri şücaətlə sübut etdilər ki, onlar yalnız silaha deyil, həm də Vətənə sevgi hissi ilə silahlanmış bir nəsildir. Bu gün keçirilən bu cür yarışlar da məhz həmin gənclərin vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.

Turnirin sonunda qalib komandalar xüsusi fərman və kuboklarla təltif olunmuş, mükafatlandırılma mərasimi isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatmışdır.

Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi, gənclərin həm fiziki, həm də mənəvi hazırlığının artırılmasına xidmət edir və onların gələcəkdə Vətən qarşısında şərəfli vəzifələrini layiqincə yerinə yetirmələrinə zəmin yaradır.

Turnirin qalibləri:

1-ci yer – 239 №-li tam orta məktəb, Hərbi rəhbər: Nizaməddin Məsməliyev
2-ci yer – 91 №-li tam orta məktəb, Hərbi rəhbər: Zahid Kərimov
3-cü yer – 236 №-li tam orta məktəb, Hərbi rəhbər: Eldəniz Niftıyev

İdmançılar arasında ən yüksək nəticəni 162 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Elmira Əliyeva göstərmişdir. Onun hərbi rəhbəri Sarvan Şirinov olmuşdur. Qeyd edək ki, Elmira Əliyeva 30 mümkün xaldan 28 xal toplamışdır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-02-27-at-22-03-28

Whats-App-Image-2025-02-27-at-22-03-27

Whats-App-Image-2025-02-27-at-22-03-29

Whats-App-Image-2025-02-27-at-22-02-32

Whats-App-Image-2025-02-27-at-22-03-27-1

Whats-App-Image-2025-02-27-at-22-02-33

Whats-App-Image-2025-02-27-at-22-02-35

Whats-App-Image-2025-02-27-at-22-02-36

Whats-App-Image-2025-02-27-at-22-02-38

Whats-App-Image-2025-02-27-at-22-02-38-1

Whats-App-Image-2025-02-27-at-22-02-41

Whats-App-Image-2025-02-27-at-22-02-44

Whats-App-Image-2025-02-27-at-22-03-20

Whats-App-Image-2025-02-27-at-22-03-20-1

Whats-App-Image-2025-02-27-at-22-03-26

Bu xəbəri paylaşın: