26 fevral 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin bir qrup üzvü Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün görüş keçirib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və onların ruhuna dualar oxunub. Görüş çərçivəsində bir nəfər veterana təşkilata üzvlük vəsiqəsi təqdim edilib. Tədbirdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslin tarixi yaddaşının qorunması və şəhidlərimizin xatirəsinə ehtiramın vacibliyi vurğulanıb.
Xocalı faciəsi Azərbaycanın tarixinə qan yaddaşı kimi həkk olunub və bu cür tədbirlər faciənin unudulmaması üçün mühüm əhəmiyyət daşıyır.
AVMVİB Mətbuat xidməti
