Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Siyəzən rayon şöbəsinin sədri Rəhmanov Famil Rəhman oğlunun doğum günüdür. Fevral ayının 26-da onun 54 yaşı tamam olur.
Famil Rəhmanov 1971-ci il fevral ayının 26-da Siyəzən rayonunda anadan olmuşdur. İlk təhsilini M.Müşfiq adına Siyəzən rayon orta ümumtəhsil məktəbində almışdır.
Famil Rəhmanov 1989-1991-ci illərdə Sovet İttifaqının ordu sıralarında hərbi xidmət keçmiş və Rusiyanın Kareliya vilayətində hərbi qulluq edərək baş leytenant rütbəsinə qədər yüksəlmişdir.
1992-ci ildə Vətənin çağırışına səs verərək könüllü surətdə Azərbaycan Ordu sıralarına qatılmış və 1992-ci ildən 2000-ci illər arasında bölük komandiri vəzifəsinədək Vətənə hərbi xidmət etmişdir.
2001-ci ildən etibarən ehtiyata buraxılan Famil Rəhmanov elə həmin ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Siyəzən rayon şöbəsinin sədri vəzifəsində Vətənə xidmətini davam etdirir. Ailəlidir, iki övladı var.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Rəhmanov Famil Rəhman oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat ximdəti

