Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımı hadisəsi ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir Şəhər Şöbəsinin üzvləri iştirak ediblər.
Tədbir şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Daha sonra Xocalı faciəsinin tarixi haqqında geniş məlumat verilib, şahidlərin ifadələri və tarixi faktlar tədbir iştirakçılarına təqdim olunub. Natiqlər çıxışlarında Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayıblar.
AVMVİB-in Mətbuat xidməti


