AVMVİB Beyləqan rayon şöbəsi Xocalı soyqırımı ilə əlaqədar tədbirdə iştirak edib

26 fevral — Xocalı soyqırımı qurbanlarının anım günü ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin iştirakı ilə Beyləqan rayonunda geniş tədbir keçirilmişdir. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, rayon icra hakimiyyətinin nümayəndələri, Daxili İşlər Nazirliyinin veteranları, qazilər, şəhid ailələrinin üzvləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon sədri Əlövsət Məmmədov, eləcə də AVMVİB-in Xocavənd rayon şöbəsinin sədri və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov iştirak etmişlər.

AVMVİB-in Mətbuat xidməti

Qarabağ Bölgə müxbiri Elçin Qədirov

Whats-App-Image-2025-02-26-at-16-14-58-2

Whats-App-Image-2025-02-26-at-16-14-59

Whats-App-Image-2025-02-26-at-16-14-59-1

Whats-App-Image-2025-02-26-at-16-14-59-2

Bu xəbəri paylaşın: