Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsi tərəfindən Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş anım tədbir keçirilib. Tədbir çərçivəsində Mingəçevirdə qəhrəmanın xatirə abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
İştirakçılar Natiq Qasımovun Vətən uğrunda göstərdiyi şücaətdən bəhs edərək onun igidliyinin daim yaddaşlarda qalacağını vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti

