Novruz bayramı ərəfəsində, 16 mart 2025-ci il tarixində «Circus Sea Breeze» Luna Parkda «Ulduzlar meydanı» MMC-nin və AVMVİB Sədrinin beynəlxalq əlaqələr üzrə müavini, polkovnik Elmar Hüseynovun, Xeyriyyəçi Əhməd Tağıyevin təşkilatçılığı ilə AVMVİB-nin 130 nəfər Şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları, onların ailə üzvləri üçün İtalyan Sirk ustalarının möhtəşəm çıxışı təşkil olundu. Möhtəşəm tədbirin təşkilatçıları «Ulduzlar meydanı» MMC-nin direktoru Aygün Hacıyeva Oskar mükafatçısı Allahverdi İsrafilov, xeyriyyəçi Əhməd Tağıyev TƏŞƏKKÜRNAMƏ ilə təltif olundular.



