Şəhid bacısı şəhidmizin övladının doğum günündə

Kəlbəcər rayonunun 84 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən mənəvi dəyəri çox yüksək olan növbəti bir tədbir keçirilib. Belə ki, şəhid Etibar Məmişovun bacısı, həmin məktəbin direktoru Həqiqət Məmişova və məktəbin bir qrup müəllimi şəhid Zaur Cəfərovun övladının doğum gününü bir yerdə qeyd ediblər.

Tədbir səmimi və duyğusal abu-havada keçib. Məktəb kollektivi şəhid övladına mənəvi dəstək göstərərək, onun tək olmadığını bir daha nümayiş etdirib. Tədbirdə şagirdlər və müəllimlər bir araya gələrək doğum günü münasibətilə onu təbrik edib, təhsilində uğurlar, gələcək həyatında xoşbəxtlik arzulayıblar.

Məktəb direktoru Həqiqət Məmişova öz nitqində bildirib:

“Bütün şəhid övladları mənim üçün əzizdir. Onlar bizim gələcəyimiz, şəhidlərin bizə əmanətidir. Hər zaman onların yanında olmaq, onları qoruyub qayğı ilə əhatə etmək bizim borcumuzdur. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onların ailələrinə səbir, can sağlığı arzulayıram.”

Qeyd edək ki, belə tədbirlər şəhid ailələrinin tək olmadığını göstərməklə yanaşı, cəmiyyətimizdə həmrəyliyin və vəfa borcunun yaşadığını bir daha nümayiş etdirir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-04-04-at-23-05-46

Whats-App-Image-2025-04-04-at-23-05-46-1

Whats-App-Image-2025-04-04-at-23-05-46-2

Whats-App-Image-2025-04-04-at-23-05-47-2

Whats-App-Image-2025-04-04-at-23-05-49

Whats-App-Image-2025-04-04-at-23-05-52

Whats-App-Image-2025-04-04-at-23-05-54

Whats-App-Image-2025-04-04-at-23-05-54-1

Whats-App-Image-2025-04-04-at-23-05-54-2

Bu xəbəri paylaşın: