Şəhid Hüseynov Ayaz Ələkbər oğlunun Anım günü qeyd edildi

5 aprel 2025-ci il tarixində şəhidimiz Hüseynov Ayaz Ələkbər oğlunun Anım günü qeyd olundu. Şəhidimiz 17 aprel 1991-ci ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olmuşdur.

Tədbir zamanı şəhidimizin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Anım tədbirində AVMVİB sədrinin sosial məsələlər üzrə birinci müavini Akif Həsənov, AVMVİB Beyləqan rayon sədri Əlövsət Məmmədov, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak etdilər.

AVMVİB səlahiyyətli nümayəndəsi Akif Həsənov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin ailəsinə başsağlığı verdi. O, qeyd etdi ki, şəhid ailələri daim diqqət mərkəzində saxlanılacaq və onların yanında olmağa davam ediləcək.

AVMVİB Qarabağ Bölgə müxbiri Elçin Qədirov

Whats-App-Image-2025-04-05-at-12-02-09

Whats-App-Image-2025-04-05-at-12-02-10

Whats-App-Image-2025-04-05-at-12-02-10-1

Whats-App-Image-2025-04-05-at-12-02-10-2

Whats-App-Image-2025-04-05-at-12-02-11

Whats-App-Image-2025-04-05-at-12-02-38

Whats-App-Image-2025-04-05-at-12-03-37

Bu xəbəri paylaşın: