Şəhid Şahin Cavadzadənin xatirəsinə həsr olunmş tədbir keçirilib

Nur üzlü şəhidimiz Şahin Yaşar oğlu Cavadzadə 1995-ci ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuşdur. O, 09.04.2016-cı il tarixində Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin giziri rütbəsində qəhrəmanlıqla savaşaraq şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2025-ci il tarixində Beyləqan rayonunun Bolsulu qəsəbəsində onun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AVMVİB sədrdinin sosial məsələlər üzrə I müavini Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmməd, qazilər və veteranlar iştirak etmişlər. AVMVİB sədrinin I müavini Akif Həsənov çıxış edərək, AVMVİB sədri Füzuli Rzəquliyevin adından şəhidin ailəsinə başsağlığı vermiş və qeyd etmişdir ki, həmişə şəhid ailələrinin yanında olacaqlar, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində səylərini davam etdirəcəklər.

AVMVİB Mətbuat xidməti
Qarabağ bölgə müxbiri Elçin Qədirov

Whats-App-Image-2025-04-09-at-13-05-49

Whats-App-Image-2025-04-09-at-13-05-49-1

Whats-App-Image-2025-04-09-at-13-05-50-1

Whats-App-Image-2025-04-09-at-13-05-51

Whats-App-Image-2025-04-09-at-13-05-51-1

Bu xəbəri paylaşın: