Şəhid Quliyev Rəqib Telman oğlunun Anım günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatı Culfa rayonunun Boyahməd kəndində qəhrəman şəhidimiz Quliyev Rəqib Telman oğlunun anım gününü qeyd edib. Tədbirdə şəhidin doğum günü münasibətilə təşkil olunan mərasimdə iştirak edən nümayəndə heyəti öncə Boyahməd kəndində şəhidin adına verilmiş sinif otağının açılışında iştirak edib, sonra şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Açılış mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, müəllim və şagirdlər, eləcə də AVMVİB üzvləri şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb, onun xatirəsinin daim əziz tutulduğunu bildiriblər.

Bu xəbəri paylaşın: