Şəhidimiz Mirzəyev Məhəbbət Ədalət oğlu 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O, 2016-cı ildə gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Məhəbbət Mirzəyev Çində hərbi təhsil aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib və 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.
12 aprel 2025-ci il tarixində qəhrəman şəhidimizin anım tədbiri onun doğma Dünyamalılar kəndində keçirilmişdir. Tədbirdə AVMVİB sədrinin I müavini Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, qazilər, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
AVMVİB sədr müavini Akif Həsənov çıxış edərək şəhidin məzarını ziyarət etmiş, məzar üstünə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Akif Həsənov AVMVİB-in sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək daim onların yanında olacaqlarını bildirmişdir.
AVMVİB Mətbuat xidməti
Qarabağ bölgə müxbiri: Elçin Qədirov








