AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev: «Biz Ali Baş Komandanın əsgərləriyik»

Öncə Azərbaycanın Tovuz rayonu istiqamətində gedən təxribatlarda şəhid olan igidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.

Müdafiənin ön xəttində yer alan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgərlər Xəyyam Daşdəmirov, Əfqan İsmayılov şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçən şəhidlərimiz bizim fəxrimiz – qürur mənbəyimizdir.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, — cavab ver buna”. Dövlətimizin başçısı əlavə edib bildirdi ki, ermənilər Aprel döyüşlərində olduğu kimi, bu dəfə də ölənlərin sayını gizlədirlər. Azərbaycan ölən erməni hərbçilər haqqında məlumat verəndən sonra onlar bunu etiraf etdilər. Bu bir daha onların acizliyini, riyakar siyasətini göstərir.

Cənab Prezidentin qətiyyəti, yürütdüyü siyasətin nəticəsidir ki, bu gün ermənilər küncə sıxılmış vəziyyətdədir. Bakıda ordumuza və Ali Baş Komandana əhalinin göstərdiyi dəstək və onun əmriylə cəbhəyə getməyə hər bir şəxsin hazır olması düşməni təşvişə salıb. Azərbaycan xalqı göstərdi ki, cəsur, güclü və mütəşəkkil xalqdır, torpaqlarını, Vətənini, tarixini qorumağa və onların uğrunda canından keçməyə hazırdır.

Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Ali Baş Komandanın rəhbərliyi və qətiyyəti ilə azad ediləcək. Biz — müharibə veteranlarının ən ümdə arzusu cənab İlham Əliyevin rəhbərliyi altda Vətənimizin hər qarışını düşmən tapdağından azad etməkdir. Hər an veriləcək əmrə hazırıq və bu yolda Dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq. Düşmnə, həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə ciddi zərbələr vurmuş Komandanımızın verəcəyi əmri gözləyirik!

Ölkəmizin inkişafında və hərbi qüdrətimizin artırılmasında misilsiz xidmətləri olan liderimiz bəlli və hədəflərimiz bəllidir. Biz Ali Baş Komandanın əsgərləriyik və «Biz həqiqətən də birlikdə güclüyük!»

Bunu ölkə rəhbərinin bir çağrışıyla minlərlə adam səfərbərlik idarələrinə axışdı. Çünki öz liderlərinə inanır və cənab prezidentin bu yolda dönməz siyasətinin şahidləridirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyədiyi fikirləri təkrarlamaq istəyirəm: “Bu gün biz güclü ordu yaratmışıq. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir!

Rəcəb Baxşıyev
AVMVİB Nizami rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi

Bu xəbəri paylaşın: