AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun verdiyi məlumata görə şöbə üzvü olan müharibə veteranları Ali Baş Komandan cənab İlham Əliyevin çağrışına hər an hazır olduqlarını bildiriblər.
AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, rayon veteranları adından Azərbaycanın Tovuz rayonu istiqamətində gedən təxribatlarda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib və onlarla fəxr etdiklərini bildirdi.
Müharibə veteranları düşmənə layiqli cavab verməyin vaxtı gəlib çatdığını bildirdilər. Goranboylu veteranları 1992-ci ildəki kimi düşməni ölkəmizdən qovmağa hazır olduqlarını bildirdilər.
Türkay Xaqan
Nurlan Məmmədli
