Doğum günün mübarək, ustad!

Doğum günün mübarək, ustad.
Sevginlə ürəklərimizi doldurdun, ölümünlə isə ürəklərimizi parça-parça etdin.
Sənin göstərdiyin qayğıya hər kəsin ehtiyacı var, hamı sənin sevginə can atır.
Dava-dalaşın da özün kimi idi — mərd, səmimi, ədalətli.

Qələminin və silahının gücü ilə döyüşdün. Qrup yoldaşlarının sözləri ilə desək, sən dövrünün Cəlil Məmmədquluzadəsi idin. İndi uşaqdan böyüyə hamı səni axtarır.

Nəvən dünyaya gəlib — elə bilirəm ki, o balaca qızcığaz gözlərinin rəngini səndən alıb. Elə bil, o da səni axtarır.

Dostun Abbas müəllim dünyasını dəyişəndə yazmışdın:

“Məni sevənlər ölür, elə mənim sevdiklərim də.”

İndi isə sənin sözlərini təkrar edirəm — yazmağı bizə öyrətdiyin kimi:

“Məni sevənlər ölür, elə mənim sevdiklərim də.”

Amma sən ölməzliyi qazanmısan. Qayğınla, sevginlə ürəklərimizə hopmusan. Bəzən düşünürəm ki, Xaqani müəllimin ruhu bizi göylərdən izləyir — Göy türkün Göy Tanrısı kimi.

Xızır peyğəmbər kimi hər kəsin harayına çatan insan, doğum günün mübarək!
Hamımızın sənə ehtiyacı var,
göyün səmasını gözlərinə hopdurub səmaya qalxan böyük insan!

Çətin anlarda səni axtarırıq, ey insanların dayağı.
Həmişə üzümüzə gülüş bəxş edən böyük insan, doğum günün mübarək.

Görüşənədək…

Elnur Səlim

Bu xəbəri paylaşın: