Migəçevirli veteranlar döyüşə getmək üçün müraciət ediblər

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi məlumata görə, çox saylı müharibə veteranlarının müraciətini nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinə müraciət ediblər.

Onlarla müharibə veteranı və yerli sakinlər prezidentin çağrışıyla şəhər şöbəsinə müraciətlər etməkdədirlər. Mingəçevirli müharibə veteranları tam heyətlə döyüşə getməyə hazırdırlar.

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bildirdi ki, bölgədə yaşayan veteranlar Ermənistan hərbi bölmələrinin sərhəddə yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi təcavüz sayır və bundan sonra da bütün istiqamətlərdə düşmənin təzyiq altında saxlanmasını vacib sayırlar. Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə almış və onların layiqli cavabını verərək geri otuzdurmuşdur. Şəhər şöbəsi veteranları adından şəhidlərimizə rəhmət, yaralılarımıza isə Allahdan şəfa diləyirik. Birliyimiz adından bildirmək istəyirəm ki, Mingəşevir şəhərində yaşayan müharibə veteranları adından Ali Baş Komandan cənab İlham Əliyevin veriləcək əmrinə hazırıq.

N. Həsənov bildirdi ki, hər bir veteranın tək bir arzusu var. O da torpaqlartımızın mənfur düşmənlərin tapdağından azad edilməsidir. İnanıram ki, arzularımız tezliklə çin olacaq! Düşməni gəldikləri yerədək qovacağıq.

Elnur Səlim

Bu xəbəri paylaşın: