Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin oğlu Ehtiram Vəliyev Tovuz rayonuna düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbçilərimizdəndi. Hazırda N saylı hərbi hospitalda müalicə alır. Vəziyyəti normaldır.

Xatırladaq ki, AVMVİB-nin rayon şöbəsinin sədri kimi Etibar Vəliyev fəal və ictimaiyyətçi sədrlərimizdəndir. Rayon şöbəsinin yenidən fəaliyyətini bərpa edib. Bölgə veteranlarını birlik ətrafında birləşdirib. Etibar Vəliyevin oğlu da düşmən hücumunun qarşısını alarkən yaralanıb.

Xəbəri eşidən kimi Etibar Vəliyevə zəng etdim və oğlunun durumunun yaxşı olduğunu bilən kimi, dedim ki, Etibar bəy, veteranın oğlu veteran olmalıdır. Qəhrəman döyüşçümüz Ehtiram Vəliyevə Allahdan şəfa diləyirik və 67 minlik AVMVİB-nin duaları onunla, digər yaralı aslanlarımızladır.
Qəhrəman atadan qəhrəman oğul olması haqdır, Etibar bəy. Bu vətən bu oğulların qanıyla yoğrulduğuna görə Vətəndir. Təki alnımızda namus ləkəsi deyil, mərmi yarasıyla Tanrının önünə çıxa bilək. Hərdən deyənlər olur ki, niyə varlının övladları gedib şəhid olmurlar? Şəhidlik titul, mənsəb deyil ki, çirkli pullarını verib alsınlar. Şəhidlik mərtəbədir. Ora yüksələni Allah seçər. Orada pul, var-dövlət işləməz, bunun bədəli can verməkdir. Bu məmləkət və millət uğrunda kor qəpiyindən keçməyənlər, qorxaqlar bu yola canmı qoyar?

Bu yol çörəyini yediyimiz Vətənin uğrunda mərmisini də yeyən əfsanələrin yoludur. Gənc qəhrəmanlarımızın bu can bazarında qəzaları mübarək olsun!
Bizlər bu işi bacarsaydıq, içimizi saran xainlərdən zamanında qurtulsaydıq, bu gənc balalarımızın öpüş görməmiş dodaqları son dəfə torpağa düşməzdi.
Bizlər qolsuz, ayaqsız, gözsüz yaşaya bilərik, amma Vətənsiz yaşamaq mümkün deyil. Çoxları, hələ də haqlı olduğumuzu deyib, arxayınca danışırlar. Bertran Rasselin bir sözü var, deyər ki, savaş kimin haqlı olmasını üzə çıxarmaq üçün deyil, kimin güclü olmasını üzə çıxarmaq üçün aparılır. Biz gülü olmalıyıq. Bu Tanrının bizə buyruğudur.
Ölər, dizi bükülən,
Qurdun oğlu, qurd olar.
İgid qanı tökülən,
Toz da dönüb yurd olar..
(Elbəyi)

Bu yazını sənə yazıram, Ehtiram bəy! Üzüntüylə və qəlb ağrısıyla. Bu yükü sizin çiyninizə qoyduğumuz üçün özümüzü, babalarımızı qınaya-qınaya yazıram. Biz Vətənin yaralarına sarıq olmadıq. İçimizdəki xainlərin hesabına qapımız kilid saxlamadı. Allahdan bir şans istəmişəm, bir daha əldə silah bu Vətəni mənfur imperiyaların və iyrənc hayların caynağından qurtarmaq şansı. Nə qədər acı olsa da bir həqiqət daha var: «Barışda oğullar atalarını, savaşda atalar oğullarını kömər. (Krezus)». Amma Allah sizləri qorusun və bizi bu ağır dərdə məhkum eləməsin!
Yastığın yüngül olsun, qəhrəman. Dualarımız sizinlədir. Vətən, ona talan yeri kimi baxanların deyil, sizlərin Vətənidir, Ehtiram bəy!
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

