Dünən yazmışdım: «Kim Kardaşyan ABŞ Konqresini dolayıb. Deyəsən dünyanın bütün xəstələri və başdan xarabları ABŞ Konqresinə yığışıb. Ermənistan MN sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində Dailymail.co.uk-dan bir status paylaşıb.
Paylaşımda deyilirdi: «Kim Kardaşyan (güya) «Azərbaycanın Ermənistana «hücumunu» və dəstəkçilərinin ABŞ Konqresiylə təmasa keçməsini qınıyıb» kimi .
Bu gün yazıram: «Nevs.arm.ru yaydığı xəbərdə deyilir: “Davam edən qlobal pandemiyaya baxmayaraq, Azərbaycan BMT-nin qlobal atəşkəs çağırışını pozdu və Ermənistana hücum etdi. Hücumun hədəfi mülki infrastruktur idi və indi Azərbaycan Ermənistan Atom Elektrik Stansiyasına zərbə vurmaqla hədələyir.»
Realiti-şounun amerikalı ulduzu Kim Kardaşyan bu barədə öz «Twitter» səhifəsində yazıb.
«Bu arada, gələn həftə ABŞ-ın Azərbaycana qarşı hərbi yardım göstərməməsini təmin edən milli müdafiə haqqında qanuna düzəlişlə bağlı səsvermə olacaq.

Beynəlxalq ictimaiyyət müdaxilə etməli və siyasi və diplomatik tədbirlər vasitəsilə daha da kəskinləşmənin və həyat itkisinin qarşısını almalıdır.
Mən Ermənistana yaxınam və sərhəddəki bu gərginlikdə iştirak edənlər üçün dua edirəm. Pandemiyanın bu çətin dövründə vəziyyətin sülh yolu ilə həllinə çağırıram»- deyib.
Vallahi, ciddi deyirəm, deyəsən bu selikon torbası Kardaşyan Konqresi və Trampı haralarındansa tora salıb. O deyir, bunlar edir. Belə getsə ABŞ-ın prezidenti elə erməni hiyeredulu Kim Kardaşyan olacaq.
Bu soyadın mənası elə bilməyin «qardaş»-zad deməkdir. Bu ad Artemid və Afrodita məbədində müqəddəs məbəd fahişəliyi ilə məşğul olan erməni qadınlarının başı istiqamətində ucalan sütunlar KARATAŞ adlanırdı və bu gün bu adı Kim yaşadır…
Yazıq Kim Karataşyan, ermənilərin dərdiylə «girmədiyi kol» qalmayıb. Həm də deyəsən ABŞ-ın dövlət əhəmiyyətli qərarları Kardaşyangildə yazılır…
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
