«Münaqişənin gücə əsaslanan həlli və sülh danışıqlarına alternativ yoxdur».
Qaynar.info MK.ru-ya istinadla xəbər verir ki, bu sözlər işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə Avroasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında Azərbaycanla toqquşmalarla bağlı bəyanatda yer alıb. O əlavə edib ki, bu, bütün bölgə xalqlarının maraqlarına uyğundur.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə qarşıdurmalar iyulun 12-də Gürcüstanla həmsərhəd olan Tovuz və Tavuş rayonlarında başlayıb. Azərbaycan sərhədinə hücum edən Ermənistan hərbi birləşmələri ağır itkilər verərək geri oturdulub.
Bu xəbəri paylaşın:
