AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Əliyevin ad günüdür.
Müharibə veteranı, AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin 52 yaşı tamam olur.
Fəal şöbə sədrlərindən sayılan Etibar Vəliyevi bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı və uğrunda döyüşdüyü torpaqlarda qələbə müjdəli könül xoşluğu arzulayırıq.
Bu gün düşmən hücumuna məruz qalan qədim yurdumuzun bir parçası olan qəhrəman Tovuzda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində rolu olan şöbə sədrimizin öz oğlu Ehtiram Vəliyev də yurdun müdafiəsində yaralanmış qəhrəmanlarımızdandı. Allah şəfa versin!
AVMVİB Etibar Vəliyevi ad günü münasibətiylə Fəxri fərmanla təltif edib.
Bütün gözəlliklər sənin olsun!
100 yaşa, Etibar bəy!
AVMVİB Rəhbərliyi, AVMVİB Tovuz rayon şöbəsi Rəhbərliyi və Fedai.az kollektivi






