AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun verdiyi məlumata görə, çox saylı müharibə veteranlarının müraciətini nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinə müraciət ediblər.
Onlarla müharibə veteranı və yerli sakinlər prezidentin çağrışıyla rayon şöbəsinə müraciətlər etməkdədirlər. Sabiradlı rayon müharibə veteranları tam heyətlə döyüşə getməyə hazırdırlar.
Faiq Hüseynov bildirdi ki, müharibə veteranları müraciət etmək üçün gələn rayon sakinləri ilə pandemiyaya uyğun olaraq, məsafə gözləməklə izahat işləri aparıblar.
Sabirabad rayon veteranları və yerli sakinlər prezidentin çağırışına səs verərək, düşmənlə mübarizəyə hazır olduqlarını bildiriblər.
Türkay Xaqan



