Ermənistan hökumətinin başçısı Avrasiya Hökumətlərarası Şurasının bu gün Minskdə keçirilən iclasında iştirak edərkən deyib:
«Münaqişənin güc yolu ilə həll variantı mövcud deyil və bütün bölgə xalqlarının maraqlarına cavab verən sülh danışıqlarına alternativ də yoxdur».

Baş nazir Nikol Paşinyan qayıtdıqdan sonra müharibə ritorikasını yenə də davam etdirib:
«Ermənistan Respublikası Silahlı Qüvvələri son dərəcə yüksək döyüş hazırlığı nümayiş etdirdi, nəinki Ermənistan sərhədlərinin toxunulmazlığını təmin etdi, həm də hazırkı Azərbaycan Prezidenti tərəfindən on bir yarım il ərzində Azərbaycan ordusunun döyüş effektivliyi haqqında qurduğu mifi sarsıtdı.»
Paşinyan, hələ döyüş meydanından rus və erməni leşlərini tam çıxarmamış «yüksək döyüş hazırlığından» danışıb.
Fedai.az

