Gecə saatlarında əsgər evinə zəng gəlir. Əsgər atası telefonu tez götürür:
-Alo…
-Gecəniz xeyir.
-Hər vaxtınız xeyir, buyurun.
-Mən oğlunuzun komandiriyəm.
-Lap yaxşı komandir. Bu vaxt zəng eləməyə səbəb nədir? Yoxsa oğlum nəsə edib?
-Xeyir, O…
-Komandir, o mənim övladımdır, canımdır. Buna baxmayaraq onu Vətənə qurban demişəm. Mənimlə açıq danışın. Sabah gəlim, ya gəlişinizə hazırlaşım?
Komandir eşitdiyi bu sözlər qarşısında çaşıb qalmışdı. Özünü toplayaraq cavab verir:
-Əmi, hazırlıq gör, sabah gətirəcəyik.
-Komandir, ehtiyatda olan zabitəm. Birinci Qarabağ müharibəsində yaralanmışam. Mən səni and verirəm zabit şərəfinə, düzünü de, oğlum döyüşərək, kişi kimi ölüb?
Komandir göz yaşlarını saxlaya bilmir. Oğlunun necə qəhrəmanlıq etdiyindən danışır.
-O tək başına düşmənin qarşısında durub. O əsl döyüşcü kimi şəhid olub. Azərbaycan Xalqı və Ordusu oğlunuzla qürur duyur…
…
Hazırlayan: Leyla Həsənova
