Tanıyın: Suvenir satan 20 yaşlı Mehman
2000-ci il təvəllüdlü Mehman Əliyoldaşov Abşeron rayonu hökməli qəsəbə sakinidir. Mehman bir neçə gündür Bakıdan çıxaraq Tovuza gəlib. O, könüllü şəkildə cəbhədə xidmət etmək istəyir. Ürəyindən əməliyyat olunan Mehmanın hərbi xidmətə getməsi mümükün deyil. Lakin o könüllüdür.
Mehman deyir ki, Ağdama gəlməsindən ailəsinin xəbəri yoxdur. Yalnız Ağdama çatdıqdan sonra ailəsinə xəbər edib». Mehman yol maşını ilə Bakıdan çıxıb. Pulu olmayan Mehman yolda cəbhə bölgəsinə getdiyini deyərək tanımadığı insanlardan yol pulu alıb. Sonra da Tovuza gəlib.
Ağdam istiqamətində postlar olduğu üçün maşınlardan birinin yük yerində gizlənib. Ağdam kəndi ərazisində postda xidmətdə olan hərbçilər və polis əməkdaşları onu görüblər. Mehman hazırda Ağdam yaxınlığındadır. Könüllü olaraq cəbhəyə getmək, əsgərlərə kömək etmək istəyir. Mehman deyir ki, ən azından burada qalıb, əsgərlər istənilən işdə kömək etmək istəyir (Videoya linkə toxunmaqla baxmaq olar).
https://www.facebook.com/leylaosmanli.yk/videos/4140590762679051/?t=20
*****
Şəhid qızınnan təqdiralayiq addım!
Tamilla Qulami döyüşə getmək üçün rəsmi qeydiyyatdan keçdi. Eşq olsun ölkəmin belə qeyrətli qadınlarına!!!
Xatırladaq ki, Tamilla xanımın 8 yaşı olanda atası Qarabağ döyüşlərində Şəhid olub!

*****
Sən nə gözəl vətənpərvər balasan
Daun sindromlundan əziyyət çəkən vətənpərvər balamız. Döyüşə yollana bilməsə də, gecə saatlarında küçəyə çıxaraq xalqını, əsgərlərini bacardığı şəkildə dəstəkləyənlərdən biri olub. Allah səni qorusun, şəfa versin, gözəl qəlbli bala. Əziz Balamız, sən Azərbaycanın ürəyisən, sənə qurban. Bir gün Qarabağda bayraq əlində öndə gedəcəksən.

*****
Gələcək igidimiz Əliyev Murad Həbib oğlu
Bu xalqın körpələrini hamımız belə böyüdürük, özümüz təlim keçirik. Belə oğlanları olan Vətənin işğal altındakı torpaqları bir gün mütləq geri alınacaq.
Xalq ayaqdadı, xalqın səbri daşmaq üzrədi. Biz Qarabağda müharibəyə hazırıq!
Biz işğal altındakı dədə-baba torpaqlarımızı almayınca, dayanan deyilik! Bunu bütün xalq deyir (Videoya linkə toxunmaqla baxmaq olar).
https://www.facebook.com/leylaosmanli.yk/videos/4140590762679051/?t=26

Leyla Həsənova
