AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmovun verdiyi məlumata görə, çox saylı müharibə veteranlarının müraciətini nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinə müraciət ediblər.
Onlarla müharibə veteranı və yerli sakinlər prezidentin çağrışıyla rayon şöbəsinə müraciətlər etməkdədirlər. Bərdə rayon müharibə veteranları tam heyətlə döyüşə getməyə hazırdırlar.
İ. Rüstəmov bildirdi ki, müharibə veteranları müraciət etmək üçün gələn rayon sakinlərinin sayı günbəgün artır.
Bərdə rayon veteranları və yerli sakinlər prezidentin çağırışına səs verərək, düşmənlə mübarizəyə hazır olduqlarını bildiriblər.
Elnur Səlim
