Qanunsuz məskunlaşma — CƏBRAYIL

Aktiv qanunsuz məskunlaşma aparılan işğal bölgələrimizdən biri də Cəbrayıl rayonudur. Bu rayonda bir nəfər də olsun erməni yaşamayıb. Cəbrayıl düşmənə qarşı qəhrəmancasına döyüşən bölgələrimizdəndi və onun işğalına daxildəki xainlər şərait yaratdı. Düşmən həyasızcasına bu rayona da ad «tapıblar». Xatırladaq ki, mənfur ermənilər özlərinin uydurduğu “xəritələrdə” Kəlbəcər rayonunu “Karvaçar”, Laçın rayonunu Kaşataq, Laçın şəhərini “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu “Kovsakan”, Qubadlı rayonunu “Sanasar”, Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”, Füzuli rayonunu “Varanda”, Xocavənd rayonunu “Martuni”, Ağdam rayonunu “Akna”, Xocalını “İvanyan” kimi qeyd ediblər.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 25 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. İşğala qədər rayon ərazisi tam mühafizə olunmuş, bəzi hallarda qonşu Xocavənd rayonunun erməni işğalında olan bir sıra kəndləri rayon polis işçilərinin və yerli əhalinin iştirakı ilə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur. Ümumilikdə Xocavənd rayonunun Cəbrayıl rayonu ilə qonşu olan 15 kəndi düşmən işğalından azad edilmiş, onların bəzilərinə Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə deportasiya edilmiş soydaşlarımız yerləşdirilmişdir.

Gəncə qiyamı nəticəsində Azərbaycan ordusunun döyüş qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunmuş, Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaranmışdır.

1993-cü ilin avqust ayı ərzində rayon ərazisində fövqəladə vəziyyət elan edilmiş, erməni işğalçıları Azərbaycan ordusunun hələ 1992-ci ilin yayında işğaldan azad etdiyi Xocavənd rayonun kəndlərini yenidən işğal edərək Cəbrayıl şəhərinə yaxınlaşmışdır. Avqust ayı ərzində Cəbrayıl şəhəri güclü atəşə məruz qalmış, düşmən ordusunun atdığı qrad mərmiləri şəhərin bir çox yerlərinə zərər vurmuş, əhali arasında ölənlər olmuşdur. 15 avqust 1993-cü il tarixdə düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyidlərini tanınmaz hala salmışdır.

18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə almışdır. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 351 nəfər şəhid vermişdir.

1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Vikepedik məlumatlar əsasında hazırlayan: Əli Nəsib Zərdabi

SÜLH QARĞASI CƏBRAYILDA
YENİ SALINMIŞ QƏSƏBƏ
Bu xəbəri paylaşın: